Bakı, TurkicWorld
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
TurkicWorld Vətən müharibəsinin oktyabrın 12-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib.
- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində paylaşım edib.
- Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ağcəbədi rayonunun ərazisi atəşə tutulub.
- Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.
- Ermənilər Ağdamın kəndlərini artilleriya və raketdən atəşə tutub.
- 2020-ci il sentyabrın 27-dən oktyabrın 13-ə qədər Ermənistan silahlı qüvvəllərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 dinc sakin ölüb.
- Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin videogörüntülərini yayıb.