Bakı.TurkicWorld
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
TurkicWorld Vətən müharibəsinin oktyabrın 25-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib;
- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
- Prezident İlham Əliyev BMT T2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Ş-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.
- Prezident İlham Əliyev ABŞ-ın "Fox News" televiziya kanalına müsahibə verib.
- Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Düşmən itkilər verərək geri çəkilib.
- Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edib.
- Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutub.
- Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.
- Düşmənin atəş nöqtələri məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
- Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.