Bakı,TurkicWorld
COP-29 prosesində qardaş Azərbaycana hər cür dəstəyi verəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum deyib.
“COP-29-un dünya üçün mühüm qərarların alındığı bir toplantı olmasını istəyirik”,- deyə Kurum bildirib.
Kurum, COP-29 çərçivəsində inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə maliyyəyə çıxışını asanlaşdıracaq addımlar atmasını istədiklərini bildirib.
COP-29 prosesini yaxından təqib edəcəklərini bildirən Kurum, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2053 Net Sıfır Emissiya hədəfinin bütün dünya ilə paylaşıldığını, nazirlik olaraq iqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma baxımından çox mühüm addımlar atıldığını vurğulayıb.