PUA ADEX 2024

ADEX-2024 sərgisində RP-377VM1 kiçik ölçülü müdaxilə ötürücüsü təqdim edilib

Bakı, TurkicWorld

ADEX-2024 sərgisində RP-377VM1 (4-cü versiya) kiçik ölçülü müdaxilə ötürücüsü nümayiş olunub.

TurkicWorld xəbər verir ki, bu hərbi təyinatlı məhsul radioelektron mübarizə sistemidir və həm minaaxtarıcı qurğuların idarəetmə kanallarını, həm də kommersiya PUA-larının peyk naviqasiyasını boğmaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Mövzuya görə xəbərlər