BAKI,TurkicWorld
Rusiya silahlı qüvvələri gecə ərzində Ukraynaya aid 800-ə yaxın pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, cümə axşamı saat 20:00-dan cümə günü saat 08:00-dək hava hücumundan müdafiə növbətçi qüvvələri Ukraynaya məxsus təyyarə tipli 777 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Məlumata görə, PUA-lar Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Voronej, Tula, Ryazan, Lipetsk, Nijni Novqorod, Saratov, Rostov və Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası, Krım, Udmurtiya üzərində, həmçinin Qara və Xəzər dənizlərinin akvatoriyalarında zərərsizləşdirilib.







