Son dəqiqə

Azərbaycan Türkiyə Ceyhun Bayramov Hakan Fidan

Azərbaycan-Türkiyə münasibətləri regional təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır - Ceyhun Bayramov

Bakı. TurkicWorld

Azərbaycan və Türkiyə arasındakı ikitərəfli və çoxtərəfli müttəfiqlik münasibətləri regional təhlükəsizlik və rifahın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

TurkicWorld xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşdığı statusda qeyd edib.

Xarici siyasət idarəsinin rəhbəri, qardaş Türkiyəyə etdiyi işgüzar səfər zamanı bu ölkənin xarici işlər naziri ilə keçirdiyi səmərəli müzakirələrdən məmnun olduğunu bildirib. C.Bayramov əlavə edib ki, “Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və sarsılmazdır.”

Mövzuya görə xəbərlər