Çavuşoğlu və Amreyev Qazaxıstandakı son hadisələri müzakirə ediblər

Çavuşoğlu və Amreyev Qazaxıstandakı son hadisələri müzakirə ediblər

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Təşkilatın mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər üzv-dövlət Qazaxıstandakı baş verən son hadisələri müzakirə ediblər və Türk Dövlətləri Təşkilatının Qazaxıstan hökumətinə və qardaş qazax xalqına dəstəyini təsdiq ediblər.