Bakı, TurkicWorld
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycan Gənclər və İdman Nazirliyinin etiraz məktuba cavab verib.
TurkicWorldxəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyevin İdman.bizə verdiyi məlumata görə, BOK Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France 2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.
Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.
Mehdiyev bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan "France 2" telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirlər.