Son dəqiqə

Mərkəzi Seçki Komisiyası YAP

YAP-ın məşvərətçi səs hüquqlu üzvü təyin edilib

Bakı, TurkicWorld

Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

TurkicWorld -in məlumatına görə, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasnın bu gün keçirilən iclasında qərar verilib.

Məsələ barəsində MSK katibi Arifə Muxtarova məlumat verib.

O qeyd edib ki, YAP bir nəfərin məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq olunması üçün müraciət edib. Daha sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Mövzuya görə xəbərlər