Son dəqiqə

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komisiyası

Naxçıvanda MSK-nın tərkibində dəyişiklik ediləcək

Bakı. TurkicWorld

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik ediləcək.

TurkicWorld-in məlumatına görə, bununla bağlı məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-da keçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda "Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi müzakirə ediləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 noyabr 2024-cü il tarixli iclasında təsdiq edilib və komissiya 7 üzvdən – Çingiz Həsənli, Ramil Orucəliyev, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Məlahət Rüstəmova və Nicat Yaqubovdan ibarət formalaşdırılıb. Sonradan keçirilən ilk iclasında Ç.Həsənli komissiyanın sədri, R.Orucəliyev sədr müavini, O.Bağırov isə katib seçilib.

Mövzuya görə xəbərlər