Son dəqiqə

YAP

YAP-ın Gəncə avtomobil zavodu İB-i ərazi təşkilatında toplantı keçirilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Gəncə şəhər təşkilatının davam etdirilir 43 saylı "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ərazi partiya təşkilatlarında toplantı keçirilib.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, hakim partiyanın VIII Qurultayı həm də Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev siyasi irsinə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi.

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin direktoru Amin Əliyev, müəssisənin direktoru müavini Tamerlan Abdullazadə və digər natiqlər çıxış edərək bildirdilər ki, partiyanın VIII qurultayı bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsədİ əldə edilmiş tarixi nailiyyətləri qorumaqla kifayətlənməmək, onları yeni uğurlar üçün möhkəm dayağa çevirməkdir:

"Güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir."

Tədbirin sonunda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər