Son dəqiqə

Mərkəzi Seçki Komisiyası YAP

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

Bakı, TurkicWorld

İyulun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

Bildirilib ki, müşavirədə partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərlə əlaqədar ötən müddət ərzində görülmüş işlər ətrafında müzakirələr aparılıb, onların icra vəziyyətinin təhlili əsasında növbəti dövr üçün konkret vəzifələr müəyyən edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Mövzuya görə xəbərlər