Son dəqiqə

Fransa BMT COP29 Müstəqillik Hərəkatlarının Qurultayı

Fransa müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlər COP29-da iştirak edə bilər

Bakı, TurkicWorld

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransında müstəmləkə ərazilərdən nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.

"Biz artıq bu məsələ ilə bağlı müzakirələrə başlamışıq. Fransa öz müstəmləkə ərazilərində ciddi ekoloji problemlər yaradıb. Həmin ərazilərdə ciddi ekoloji ətraf mühit problemləri mövcuddur. Bu problemlərin hamısı Bakıda keçiriləcək COP29 tədbirində işıqlandırılacaq", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-yə yaxın beynəlxalq konfrans təşkil edilib.

Mövzuya görə xəbərlər