Son dəqiqə

Fransa Yeni Kaledoniya Müstəqillik Hərəkatlarının Qurultayı

Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilib - Abbas Abbasov

Bakı, TurkicWorld

Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.

"Onlarla terrorçu kimi davranılmış və gizli şəkildə Parisə aparılaraq müxtəlif formalı işğəncələrə məruz qalmışdır. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var.

BTQ siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkilərə yardım edəcəyini bəyan edir. Bu günkü tədbirimizdə həmin siyasi məhbusların bəzilərinin ailələri iştirak edir",- deyə o bildirib.

Mövzuya görə xəbərlər