Son dəqiqə

Fransa Müstəqillik Hərəkatlarının Qurultayı

Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliklə mübarizə aparan ölkələrdən olan gənclərə təqaüd verəcək

Bakı, TurkicWorld

Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliklə mübarizə aparan ölkələrdən olan gənclərə təqaüd verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.

"Bu ildən təşkilatımız Azərbaycanda təhsil almaq istəyən gənclərə təqaüd verəcək.

Həmçinin Bakı Təşəbbüs Qrupunun noyabrda COP29 çərçivəsində kolonializimin tarixi barədə sərgisi keçiriləcək",- deyə o bildirib.

Mövzuya görə xəbərlər