Son dəqiqə

Fransa Yeni Kaledoniya Müstəqillik Hərəkatlarının Qurultayı

Fransada yoxsulluq, immiqrant problemləri və daxili siyasətdə gərginliklər mövcuddur - Yeni Kaledoniyanın XİN rəhbəri

Bakı, TurkicWorld

Fransada yoxsulluq, immiqrant problemləri və daxili siyasətdə gərginliklər mövcuddur.

TurkicWorld xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.

"Qurultay vasitəsilə müzakirələr aparıb problemlərə həll yolu tapa bilərik. Bakı Təşəbbüs Qrupu bizə belə bir fürsət verib. Bu fürsəti yaxşı dəyərləndirməliyik.

Bizim siyasi məqsədimiz var bu real olmalıdır. Yeni dünya düzəninin qurulmasına öz töhfəmizi verib, bu dünyada öz yerimizi tapmalıyıq. Tamamilə suveren olmaq bizim hüququmuzdur",- deyə o qeyd edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-yə yaxın beynəlxalq konfrans təşkil edilib.

Mövzuya görə xəbərlər