Son dəqiqə

Fransa Qvadelupa Müstəqillik Hərəkatlarının Qurultayı

Azərbaycan bizim ölkələrin koloniya vəziyyətini anlayaraq, cəsarətli addım atır - Baş katib

Bakı, TurkicWorld

Azərbaycan bizim ölkələrin koloniya vəziyyətini anlayaraq, cəsarətli addım atır.

TurkicWorld xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.

"Bu konfrans göstərir ki, bizim əməkdaşlığımıza dəyər verilir. Azərbaycan bizə fürsət verir ki, problemimizi bu platformada dilə gətirək. Bu konqres tarixi xarakter daşıyır. Konqres bizim beynəlxalq səviyyədə gücümüzü artırır. Bizim məqsədimiz Fransadan bunun hesabını soruşmaq və dünyanın diqqətini buna yönəltməkdir. Həmrəyliyimizi möhkəmləndirmək üçün daha qüvvətli çalışacağıq. Fransa koloniyalara qarşı cinayət törədən bir ölkədir. Dünyanın diqqətini buna çəkməliyik ki, Fransa etdiklərinin hesabını versin.

Biz ədalət və azadlıq uğrunda mübarizə aparırıq",-deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-yə yaxın beynəlxalq konfrans təşkil edilib.

Mövzuya görə xəbərlər