Bakı, TurkicWorld
Biz onsuz da seçici siyahılarının dəqiqləşməsi ilə bağlı məsələləri daim aparırıq. Sadəcə müəyyən müddətdə orda dəyişiklik aparmaq hüququ var.
TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ki, 35 gün qalmışa qədər siyahılar asılmalıdır, 25 gün qalmışa qədər də yoxlanmalıdır və düzəlişlər əlavə edilməlidir.
"Dairələrlə əlaqə saxlayın və düzəlişlər varsa, bildirsinlər. Maksimum çalışmalıyıq ki, seçicilərimiz hamısı seçici siyahısına düşsünlər. biz hər zaman ciddi vurğulayırıq ki, seçicinin səsvermə hüququ mütləq təmin edilməlidir", - deyə o əlavə edib.