Bakı, TurkicWorld
Prezident seçkilərində on mindən çox beynəlxalq müşahidəçi olub. Bu dəfə də həmin dəvətlər hazırlanır.
TurkicWorld xəbər verir ki, bunun Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki çalışmalıyıq ki, müşahidəçilərlə bağlı göstəricilər əvvəlki illərdən az olmasın.
"Veb kameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradan çıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır", - deyə M.Pənahov qeyd edib.