Bakı, TurkicWorld
MSK seçkilərə start verilməzdən də bir az öncə respublika üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsinə başlayıb.
TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
R.Qasımov qeyd edib ki, bəzi dairələrin, hüdudlarında və məntəqələrin hüdudlarında dəyişiklik etməyə əsaslar yaranıb.
"Bir sıra məntəqələrlə bağlı müəyyən tədbirlərin görülməsinə ehtiyac yaranıb. 1 saylı Şərur-Sədərək, 32 saylı Suraxanı 2-ci, 67 saylı Sabirabad, 71 saylı Cəlilabad şəhər, 97 saylı, 103 saylı, 113 saylı, 117 saylı 123 saylı və 124 saylı seçki dairələri üzrə bu kimi tədbirlər görülməsinə ehtiyac yaranıb. Bunun yaranmasına rəvac verən əsas məqam ölkə üzrə həyata keçirilən monitorinqlərdir. Bu seçicilərin rahatlığı üçündür. Respublikanın müxtəlif bölgələrini əhatə dən dairələrdə məntəqələrlə bağlı iş aparılmasına ehtiyac yaranacaq. Ümumilikdə 24 dairədə 50-yə yaxın məntəqədə müvafiq tədbirlərin görülməsinə ehtiyac var".