Son dəqiqə

Mərkəzi Seçki Komisiyası bələdiyyə seçkiləri

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı "sükut günü" başlayıb

Bakı, TurkicWorld

Azərbaycanda 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün "sükut günü"dür.

TurkicWorld xəbər verir ki, seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat prosesi səsvermə gününə 24 saat qalmış dayandırılır. Bununla əlaqədar olaraq, bu gün heç bir təşviqat fəaliyyəti həyata keçirilə bilməz.

Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, həmçinin qeydə alınmış siyasi partiyalar və partiya blokları tərəfindən aparıla bilər. Təşviqat prosesi rəsmi olaraq yanvarın 6-da başlamış və yanvarın 28-i saat 08:00-da başa çatmışdır.

Qeyri-rəsmi olaraq "sükut günü" adlandırılan bu gün seçicilərə sərbəst seçim etmək üçün təzyiqlərdən azad mühit yaradılması məqsədi daşıyır.

Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparır.

Mövzuya görə xəbərlər