Son dəqiqə

Milli Qurtuluş Günü Hakan Fidan

Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Bakı, TurkicWorld:

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, Fidan bu barədə X sosial media hesabında paylaşım edib.

“Türkiyə ilə Azərbaycanı köklü dostluq və sarsılmaz qardaşlıq telləri bağlayan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş bu birlik bundan sonra da regionumuzda sülhün və sabitliyin təminatı olacaq. Ümid edirəm ki, “Bir millət, iki dövlət” devizi ilə sevgimiz, qardaşlığımız əbədi qalacaq. Əziz Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarək!”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə idi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Mövzuya görə xəbərlər