Son dəqiqə

Azərbaycan Misir

Misir və Azərbaycan Birgə İqtisadi və Texniki Komitənin iclasını keçirəcək - Rania Al-Maşat

Qahirə.TurkicWorld :

Misir və Azərbaycan Birgə İqtisadi və Texniki Komitənin iclasını keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Misirin beynəlxalq əməkdaşlıq naziri vəzifəsini icra edən Rania Al-Maşat jurnalistlərə deyib.

"Misirlə Azərbaycanın çox möhkəm əlaqələri var. Mən həm də həmkarım, Azərbaycanın iqtisadiyyat naziri ilə birgə Birgə İqtisadi və Texniki Komitəyə rəhbərlik edirəm. Əməkdaşlığın çox perspektivli istiqamətləri mövcuddur. Buraya infrastruktur, neft-qaz, İKT, eləcə də əczaçılıq sahələri daxildir. Qarşıdakı dövrdə bu sahələrdə əməkdaşlığın genişləndiriləcəyini gözləyirik", - o deyib.

Mövzuya görə xəbərlər