Son dəqiqə

Misir

Misirin yerli xristianları- Koptlar(Qiptilər)

Bakı,TurkicWorld

Bütün monoteist dinlərin meydana gəldiyi Yaxın Şərq bu gün fərqli inanclara ev sahibliyi edir. Qolları ilə birlikdə Xristianlıq da Şərqdə müəyyən bir kütləyə malikdi. Ən böyük örnəklərindən biri də Misirdə yerləşən Kopt kilsəsidir.

Qiptilər özlərini Misirin yerli sakinləri və qədim Misir hökmdarlar olan fironların nəvələri hesab edirlər. “Qipti” sözü “Misirli” mənasına gəlir. Misir xristianlarının əksəriyyəti Qipti pravoslav olsa da, bəzi katoliklər və protestantlar da özlərini "Qipti" olaraq qələmə verirlər. Hesablamalara görə, Misir xristianları ölkə əhalisinin 10 faizini təşkil edir. Koptlar özlərini Misir cəmiyyətinin bir hissəsi hesab edir və ölkələrinin milli məqsədlərini mənimsəyirlər. Azlıq statusuna baxmayaraq, Koptların mövcudluğu Misir tarixi və mədəniyyəti ilə iç-içədir.

Misirdə yaşayan Koptların xristianlığı qəbul etməsi ilə bağlı müxtəlif fikirlər var. Kopt kilsəsi xristianlığı qəbul etmələrini Hz.Məryəmin Hz. İsa ilə birgə Misirə sığınması ilə əlaqələndirirlər. Ancaq tədqiqatçılar Xristianlığı Misirə gətirən şəxsin Evangelist Mark adlı biri olduğunu bildirirlər.

Nikea Şurası tərəfindən dörd böyük İncildən biri olaraq qəbul edilən Mark İncilinin müəllifi Apostol Mark Misirə səfəri zamanı bölgə xalqına bu yeni dini təbliğ etmişdi.

Misirdəki Koptlara aid St. Mercuruis adı ilə də tanınan köhnə Əbu Sayfeyn Kilsəsi,

Markın təbliğatı nəticəsində ortaya çıxan Kopt Kilsəsi Qərbdə formalaşan katolik kilsəsi və Bizansın təmsil etdiyi pravoslav kilsəsindən fərqli bir şəkildə formalaşdı. Yunanca "Aigyptos" sözündən gələn və indi yalnız xristian ərəbləri təsvir etmək üçün istifadə edilən Kopt adı o dövrdə bütün Misirlilər üçün istifadə edilirdi. Lakin 635-ci ildə (hicri 13) Misirin müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Kopt adı misirlilərin üzərindən götürülmüş oldu.

Misirin fəthinə qədər ölkədə yayılmaqda davam edən Xristianlıq, Misir əhalisinin İslamı qəbul etməsindən sonra gerilədi. Ənənəvi dinindən xristianlığa keçən misirlilərin əksəriyyətinin İslamı qəbul etməsi ilə, Kopt adı yalnız xristian misirlilər üçün istifadə olunmağa başlandı. İslamın gəlməsi ilə ərəb dili Misirdə yayılmağa başladı. Kopt dili isə Kopt xristianlarına məxsus olaraq qalırdı.

Misirin müsəlman olmağa başladığı ilk dövrlərdə qibtilər müsəlmanların hakimiyyəti altında rahat bir həyat yaşayırdılar. Ancaq Fatimi xəlifəsi Hakim Biemrillahın hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi.

Hakimin xristianlara qarşı sərt siyasəti nəticəsində kopt kilsələri dağıdıldı. Əyyubilərin 1171-ci ildə Fatimilər Dövlətinə son qoymasından sonra Qıptilər qismən də olsa ictimai həyatda mövqelərini bərpa edə bildilər. Lakin qarşıda daha böyük bir problem var idi. Belə ki, Avropa kilsəsi Şərqə qarşı 8-ci Səlib yürüşünü başlatmışdı.

8-ci Səlib yürüşləri zamanı səlibçilər Misirin bir hissəsini ələ keçirdilər. Səlib qoşunları xristian Qiptilərə qarşı heç bir ayrı seçkilik etmədilər. Müsəlmanlar kimi Qiptilər də qətillərə, soyğunlara məruz qaldılar.

Məmlüklərin 1250-ci ildə Misirdə dövlət qurmasından sonra keçmiş yerli hüquqlarını əldə edən qibtilər, 1517-ci ildə hakimiyyəti Məmlüklərdən alan Osmanlı hakimiyyəti dövründə də eyni şəkildə həyatlarını davam etdirdilər. 1805-ci ildə Osmanlı idarəsi tərəfindən Misir valisi təyin edilən Kavalalı Mehmed Ali Paşanın dövründə qibtilərin ictimai mövqeyi xeyli yüksəldi. Misirdə güclü bir sistem qurmağa çalışan Kavalalı paşa Koptları vergidən azad etdi, həmçinin onlara yerli idarəetmədə iştirak etmək hüququ da verdi.

Tənzimat fərmanının davamı olan Hatt-ı Humayun ilə Osmanlıda yaşayan Xristian təbəələri ilə müsəlmanların hüquqları bərabərləşdi, Qıptilər öz qanunları ilə mühakimə olunma, kilsə tikmə, orduya qatılma kimi hüquqlar qazandılar.

Misir Britaniya hakimiyyəti altında olarkən baş nazir vəzifəsini icra edən iki Qibti: Butros Qali (sağda) və Yusuf Vahbe Paşa (solda).

1882-ci ildə Misirin Britaniya hakimiyyətini qəbul etməsi nəticəsində Koptlar xristian kimlikləri ilə siyasətə daxil oldular. 1908-ci ildə Misirin baş naziri olan Butros Qali ilə 1919-cu ildə eyni vəzifədə olan Yusuf Vahbe Paşanın qibti olması xristian ərəblərin Misir siyasətindəki mövqeyini göstərən ən böyük nümunələrdəndir.

Qibtilər 1919-cu ildə dövlət qurmaq üçün aparılan mübarizədə Misir xalqı ilə eyni mövqeydə dayandılar.

1952-ci ildə Camal Abdel Nasirin başçılıq etdiyi çevrilişin özləri üçün müsbət nəticələr verəcəyini düşünsələr də ancaq reallıq qibtilərin istədiyi kimi olmadı. Camal Abdel Nasser hakimiyyətə gəldikdən sonra Misirdə millətçiliyin yüksəlişi Koptların Misirdəki ictimai rolunu itirməsinə səbəb oldu. Partiyalarının bağlanması ilə azadlıqları əlindən alınan qibtilər Misir hakimiyyətinin təbliğ etdiyi millətçi ideologiyanın da təsiri ilə ölkədən köç etməyə başladılar. 10 mindən çox kopt Misirdən köç edərək, birinci qrupu Kanadada, ikinci qrupu isə Amerikada məskunlaşdı. Qiptilər zamanla Amerikada gücləndilər.

Milliyətçi düşüncənin ardından Ənvər Sədatın Misirdə kommunizmi sıxışdırmaq üçün qəbul etdiyi “islamçı” mövqeyi bu təzyiqin daha da artmasına səbəb oldu. Sədat xalqın qütbləşdiyini hiss edib din azadlığı üçün çalışsa da, 1972-ci ildə kilsələrə edilən hücumların qarşısını ala bilmədi. Sadatın hakimiyyəti dövründə qibtilərə qarşı hücumların sayı artdı. Kilsələr yandırıldı, keşişlərə və xristianlara hücumlar edildi.

Amerikada məskunlaşan koptlar öz kimliklərini qoruyub saxladılar və ABŞ-da öz Kopt kilsələrini açdılar.

1981-ci ildə Sədatın öldürülməsindən sonra başlayan Hüsnü Mübarək dövründə hücumlar qismən davam etsə də, qibtilər daha rahat həyat sürdülər. Hüsnü Mübarək dövründə Papa siyasəti boykot etmək qərarından döndü. Beləliklə qibtilər sosial sahədə öz statuslarını bərpa etməyə başladılar. Ancaq bu da çox davam etmədi. 1987-ci ildə Qütb məscidi yandırıldıqdan sonra xristianlardan şübhələnən müsəlman qruplar yenidən kilsələrə hücum etməyə başladılar. Sonrakı illərdə də davam edən qarşıdurmalar qibtilərin zəifləməsinə səbəb oldu.

Qibtilər 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq üsyanında iştirak etsələr də, Müsəlman Qardaşlarına bağlı olan Məhəmməd Mursiyə seçkilərdə dəstək vermədilər. Eyni şəkildə 2014-cü ildə Mursinin general Əbdülfəttah Sisi tərəfindən devrilməsini də dəstəklədilər.

Misir əhalisinin 10 faizini təşkil edən qibtilər xristian olduqları üçün ciddi çətinliklərə məruz qalıblar. Bu gün də sabit sosial mövqe əldə edə bilməyən koptlar mövqeylərini bərpa etmək üçün

Mövzuya görə xəbərlər