Son dəqiqə

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Pakistan

Azərbaycan və Pakistan XİN rəhbərlərinin görüşü başlayıb

Bakı. TurkicWorld:

İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun pakistanlı həmkarı Məhəmməd İshaq Darla görüşü başlayıb.

TurkicWorld bu barədə Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Nazirlər ikitərəfli və regional məsələlər üzrə danışıqlar aparır", - məlumatda deyilir.

Azərbaycan XİN də görüşə dair məlumat yayıb.

"Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar görüşüb.

Nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar və Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər. Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tuturdu", - məlumatda deyilir.

Mövzuya görə xəbərlər