Son dəqiqə

DSX

Azad olunmuş torpaqlarımızda sərhədlərimiz mühafizəyə götürülüb - DSX baş leytenantı

Bakı. TurkicWorld:

Məlum olduğu kimi, bir neçə gündür, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti göstərişinə uyğun olaraq, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrim və Qızılhacılı kəndləri Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə və müdafiə olunur.

TurkicWorld-ün Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş leytenant Zamiq Vəliyev deyib.

"Hazırda işğaldan azad olunmuş tarixi torpaqlarımızda sərhədlərimiz mühafizəyə götürülərək, qarşıya qoyulmuş tapşırıqlar ən yüksək səviyyədə icra olunur. Vətən sərhədlərinin keşiyində durmaqdan fəxarət hissi keçirən sərhədçilərimiz bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün əzmlə çalışacaqlar", - o qeyd edib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Mövzuya görə xəbərlər