Son dəqiqə

DSX Fəxri Xiyaban

DSX İkinci Fəxri xiyabanı və bölgələrdə şəhidlərin məzarlarını ziyarət edib

Bakı, TurkicWorld

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində və antiterror tədbirləri zamanı şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib.

Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri tərəfindən İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb.

Mövzuya görə xəbərlər