Son dəqiqə

Yens Stoltenberq

Stoltenberqin Cənubi Qafqazda müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Bakı. TurkicWorld:

Bu dəfə NATO Baş katibi Yens Stoltenberqə Azərbaycan, Ermənistan və Gürcüstana tarixi səfərdə müşayiət edərək Qafqaza qayıtmaq xoşdur.

TurkicWorld-in məlumatına görə, bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X" platformasında yazıb.

"İkitərəfli əməkdaşlıq, Ukraynaya dəstək və regional təhlükəsizlik, o cümlədən, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə olunacaq", - deyə o əlavə edilib.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Mövzuya görə xəbərlər