Son dəqiqə

NATO Yens Stoltenberq

NATO liderləri alyansın hava hücumundan müdafiə sistemlərini gücləndirəcəklər

Bakı, TurkicWorld

Vaşinqtonda keçirilən NATO sammitinin iştirakçıları alyansın hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini gücləndirmək qərarına gəliblər.

TurkicWorld-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Sammit iştirakçıları hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərimizi gücləndirmək qərarına gəliblər", - deyə o mətbuat konfransı zamanı deyib.

Y.Stoltenberq bildirib ki, xüsusən də Polşada "Aegis Ashore" raketdən müdafiə bazasının yaradılması planlaşdırılır.

Mövzuya görə xəbərlər