Son dəqiqə

NATO Niderland Yens Stoltenberq

NATO-nun növbəti rəhbəri məlum olub

Bakı,TurkicWorld

Niderlandın keçmiş baş naziri Mark Rutte NATO-nun rəhbəri təyin olunacaq.

TurkicWorld xəbər verir ki, Norveçli Yens Stoltenberq postunu tərk etdikdən sonra Niderlandın istefaya göndərilən baş naziri Mark Rutte NATO-ya rəhbərlik edəcək.

Rutte Ruminiya da daxil olmaqla, bütün NATO ölkələrinin liderlərindən dəstək alıb.

Rutte səlahiyyət müddəti bu ilin oktyabrında başa çatan Yens Stoltenberqi əvəz edəcək. Öz yerini təmin etmək üçün Rutte Macarıstanın, Ukraynanı dəstəkləmək üçün yeni planlarında iştirak etməyəcəyinə dair yazılı təminat verib.

57 yaşlı Ruttenin NATO-nun baş katibi təyin edilməsi qərarı iyul ayında Vaşinqtonda baş tutacaq.

Mövzuya görə xəbərlər