Son dəqiqə

NATO Çin Rusiya Yens Stoltenberq

Çin NATO-nun maraqlarına meydan oxuyur - Stoltenberq

Bakı. TurkicWorld :

NATO Çini rəqib hesab etmir, lakin alyans Pekinin öz dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır.

TurkicWorld xəbər verir ki, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq "Yomiuri" qəzetinə müsahibəsində bildirib.

"NATO Çini düşmən hesab etmir, lakin o, bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur", - deyə o vurğulayıb.

Bundan əlavə, NATO-nun Baş katibi Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham edib.

Mövzuya görə xəbərlər