Son dəqiqə

NATO Yens Stoltenberq

Türkiyə olmadan Avropanın təhlükəsizliyini proqnozlaşdırmaq mümkün deyil – Stoltenberq

Bakı,TurkicWorld

Cənubda Türkiyə, şimalda Norveç və ABŞ, qərbdə Kanada və İngiltərə olmadan Avropa qitəsinin təhlükəsizliyini proqnozlaşdırmaq mümkün deyil.

TurkicWorld xəbər verir ki, bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.

“Heç bir böyük dövlətin ABŞ kimi çoxlu dostu və müttəfiqi yoxdur”, – deyə Stoltenberq bildirib.

Qeyd edək ki, Stoltenberq NATO-nun rəhbərliyində on il işlədikdən sonra bu ayın sonunda baş katib postunu tərk edəcək.

Hollandiyanın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-də baş katib postunda Stoltenberqi əvəz edəcək.

Mövzuya görə xəbərlər