Bakı. TurkicWorld
NATO-nun baş katibi Yens Stoltenberq avqustun 28-də Kiyevin tələb etdiyi Ukrayna-NATO Şurasının iclasını çağıracaq.
TurkicWorld xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Görüş səfirlər səviyyəsində keçiriləcək. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə müttəfiqlər üçün prioritet hərbi ehtiyaclar barədə brifinq keçirəcəyi gözlənilir”, - agentlik alyans nümayəndəsinin sözlərindən sitat gətirir.