Son dəqiqə

NATO Yens Stoltenberq

Müdafiə xərclərində 2 faizlik hədəfi qaldıracağıq - Stoltenberq

Bakı, TurkicWorld

Müdafiə xərclərində 2 faizlik hədəfi qaldıracağıq.

TurkicWorld xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Müdafiə Sənayesi Forumu"nda çıxış edib.

O, alyans üzvlərinin Ümumi Daxili Məhsullarının 2 faizindən çoxunu müdafiəyə sərf etməli olduqlarını bəyan edib.

Tarixin ən uğurlu ittifaqının 75-ci ildönümünü qeyd etdiklərini bildirən Stoltenberq sammit çərçivəsində NATO-nun gələcəyi ilə bağlı mühüm qərarlar verəcəklərini vurğulayıb.

Stoltenberq NATO-nun əsas missiyaları olan Ukraynaya dəstək, tərəfdaşlıqların gücləndirilməsi, müdafiə və çəkindirmə ilə bağlı addımlar atacaqlarına diqqət çəkib.

“NATO-nun əsas məqsədi çəkindirici gücü ilə müharibənin qarşısını almaq və sülhü qorumaqdır” – deyə o qeyd edib.

Stoltenberq Rusiya-Ukrayna müharibəsinin ehtiyatların və istehsal gücünün yetərli olmadığını göstərməklə yanaşı, müttəfiqlərin birgə hərəkət etmə imkanlarında ciddi problemlərin olduğunu da ortaya çıxardığını bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər