Britaniya səfiri Tərtərdə minatəmizləmə işləri ilə tanış olub

Britaniya səfiri Tərtərdə minatəmizləmə işləri ilə tanış olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtər rayonunda minatəmizləmə işləri ilə tanış olub.

TurkicWorld-un məlumatına görə, bu barədə o, twitter hesabında paylaşım edib.

“Böyük Britaniyanın RPS şirkətinin minatəmizləmə işlərində ANAMA-ya dəstək verdiyini görmək üçün Tərtərə gözəl səfər etdim və cəsur azərbaycanlı mina təmizləyənlərlə görüşməkdən şərəf duydum”, - deyə paylaşımda bildirilib.