Türkiyə Ermənistanla münasibətləri Azərbaycanın əməkdaşlığı ilə davam etdirəcək - Ərdoğan

Türkiyə Ermənistanla münasibətləri Azərbaycanın əməkdaşlığı ilə davam etdirəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə Ermənistanla münasibətləri Azərbaycanın əməkdaşlığı ilə davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumunun açılış mərasimində çıxışında deyib.

Türkiyə prezidenti regionda sülh və sabitliyin əldə edilməsi üçün fəaliyyətin koordinasiyasının əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq münaqişələrin tənzimlənməsinə və bütünlükdə regionda əlverişli şəraitin formalaşmasına imkan yaradacaq.

Ərdoğan, həmçinin, qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi üzrə fəaliyyətinə davam etməklə səylərini ölkələr arasında dialoq və əməkdaşlığın inkişafına yönəldəcək.