Bakı. TurkicWorld:
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında" 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanmış Protokol təsdiq edilib.
TurkicWorld bu barədə Türkiyə Rəsmi Qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında" qanun 2023-cü il aprelin 29-da Samsun şəhərində iki ölkənin iqtisadiyyat nazirləri arasında imzalanıb.