Zəngəzur dəhlizi bütün türk dünyasına töhfə verəcək - Çavuşoğlu

Zəngəzur dəhlizi bütün türk dünyasına töhfə verəcək - Çavuşoğlu

Zəngəzur dəhlizi bütün türk dünyasına öz töhfəsini verəcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, türkdilli ölkələrin iqtisadiyyatını bir-birinə bağlaya bilmək üçün logistika sahəsində əmədaşlıqlar birləşdirilməlidir.

"Xəzərdən keçən Şərq-Qərb Mərkəzi Dəhlizi (Orta Dəhliz) Zəngəzur dəhlizi ilə daha da güclənəcək. Bütün türk dünyasının rifahına öz töhfəsini verəcək. Bu töhfədən faydalanmaq üçün aramızda ticarəti daha sərbəst hala gətirməliyik." - deyə nazir bildirib.