Azərbaycan seçkidən sonra da regional lider kimi mövqeyini qoruyacaq - Amerikalı ekspert

Azərbaycan seçkidən sonra da regional lider kimi mövqeyini qoruyacaq - Amerikalı ekspert

Bakı. TurkicWorld:

Azərbaycanda qarşıdan gələn Prezident seçkiləri ölkənin gələcəyini müəyyən edəcək. Azərbaycan ərazi bütövlüyünü tam təmin edib. Ölkənin prioritetləri dəyişib. Azərbaycan xarici əlaqələrini təkmilləşdirib, iqtisadi sahədə genişmiqyaslı layihələrə başlayıb. Fikrimcə, seçkilərin keçirilməsi zərurəti də məhz bu yaranmış yeni reallıqdan irəli gəlir.

TurkicWorld xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında beynəlxalq hüquq üzrə amerikalı ekspert, siyasi icmalçı İrina Tsukerman bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması, Ermənistan ilə sülh prosesinin başa çatdırılması, Cənubi Qafqaz ölkələrinin tam inteqrasiyası, Azərbaycanın regional lider kimi rolu üçün bu seçkilər çox önəmlidir:

“Bu seçkilər eyni zamanda müasir çağırışlara - enerji təhlükəsizliyi, “yaşıl enerji” ehtiyatlarından geniş istifadə kimi gələcəyə hesablanan planlara da daha optimist baxmağa imkan verəcək”.