Fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan xalqının rifahı üçün mühüm fürsətdir - Amerikalı ekspert

Fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan xalqının rifahı üçün mühüm fürsətdir - Amerikalı ekspert

Bakı. TurkicWorld:

2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri Azərbaycan xalqının gələcək inkişafı və rifahı üçün mühüm fürsətdir.

TurkicWorld xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib.

O qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycanın müasir tarixində tarixi məqamdır:

“Azərbaycanda seçki ənənəsi demokratiyanın mütərəqqi vəziyyətini mükəmməl şəkildə nümayiş etdirir. Bu prezident seçkiləri ilk dəfə suveren Azərbaycan ərazisinin hər bir guşəsində baş tutacaq. Bu, əslində Azərbaycanın müasir tarixində şanlı bir səhifədir!”, - deyə Piter Teys əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək.