Son dəqiqə

Zəfər Günü Türkiyənin Azərbaycandakı səfirliyi

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar "Twitter" səhifəsində paylaşım edib.

TurkicWorld-un məlumatına görə, paylaşımda deyilir:

"Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 Noyabr - Zəfər Günü münasibətilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edir, bu qələbəni hərkəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik".

Mövzuya görə xəbərlər