Son dəqiqə

Hikmət Mirzəyev

Hikmət Mirzəyev müdafiə nazirinin müavini TƏYİN EDİLDİ

Bakı. TurkicWorld:

General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib.

TurkicWorld xəbər verir ki, bu barədə MN -in məlumatında deyilir.

Məlumata görə, 11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl eyni vəzifəni icra edən general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.

Xatırladaq ki, 56 yaşlı Hikmət Mirzəyev bu təyinata kimi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı idi.

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev bir neçə rayonun işğaldan azad edilməsinə komandanlıq edib.

Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Mövzuya görə xəbərlər