Bakı. TurkicWorld:
Xarici İşlər Nazirliyi növbədənkənar Prezdent seçkilərində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib.
TurkicWorld-un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.
Rövzət Qasımov deyib ki, Xarici İşlər Nazirliyi artıq xaricdə olan seçicilərin siyahısını MSK-ya təqdim edib. Ölkə hüdudlarından kənarda səs verən seçicilərin siyahıya alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısına 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü və 19 saylı Nərimanov Birinci seçki dairələri daxildir.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.