Bakı. TurkicWorld:
Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısı təsdiqlənib.
TurkicWorld-un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.