Xankəndidə üçrəngli bayrağımızın ucaldılması bu ilin ən yaddaqalan hadisələrindən biridir - Rufiz Hafizoğlu

Xankəndidə üçrəngli bayrağımızın ucaldılması bu ilin ən yaddaqalan hadisələrindən biridir - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Azərbaycan tarixinin 2023-cü il üzrə ən yadda qalan hadisələrindən biri də Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Mədəniyyət Tv-də yayımlanan "Gerçəklər" verilişində açıqlaması zamanı deyib.

"Bu il Azərbaycan öz suverenliyini tam şəkildə bərpa edərək, nəinki təkcə 2024-cü il, eləcə də gələcəyə yönəlmiş vacib qərarlar qəbul etdi. Qarabağda, xüsusilə Xankəndidə universitetin təsis edilməsi olduqca vacib bir məqamdır. Yurd-yuvalarında didərgin salınmış soydaşlarımızın öz dədə-baba torpaqlarına yenidən köçürülməsi, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi yüksək quruculuq işlərinin bariz nümunəsidir",- deyə Rufiz Hafizoğlu bildirib.

Politoloq vurğulayıb ki, Qərbi Azərbaycan bizim tarixi kökümüzdür. Biz mütləq bu torpaqlara qayıdacağıq. 2024-cü il, bizim 2023-cü ildə etdiklərimizi daha irəli aparacağımız bir il olacaq.

"Hesab edirəm ki, 2024-cü il, iqtisadi gücün Qərbdən Şərqə yönəldiyi bir il olacaq. Türk dövlətləri arasındakı əlaqələr daha da güclənəcək",- deyə Hafizoğlu əlavə edib.