Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan "Taliban" nümayəndə heyəti ilə görüşüb

Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan "Taliban" nümayəndə heyəti ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Əfqanıstanın "Taliban" hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətinin bir qrup nümayəndə heyəti Türkiyəyə səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Müttəkinin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi şəxslərlə görüşəcək. Onların türkiyəli naziri Mövlud Çavuşoğlu ilə də görüşəcəyi gözlənilir.

Bu, "Taliban" nümayəndələrinin Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk xarici səfəridir.