Zəngəzur dəhlizi İƏT üzvlərinin xeyrinə transformasiya edilməlidir

Zəngəzur dəhlizi İƏT üzvlərinin xeyrinə transformasiya edilməlidir

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi İƏT üzvlərinin xeyrinə transformasiya ediliməldir.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

Nazir Fidan onu da qeyd edib ki, İƏT çərçivəsində bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş potensial var.

"İclasın qədim Şusada keçirilməsi bizim üçün qürur mənbəyidir. İƏT coğrafiyasının əsasını təşkil edən Cənubi Qafqazda bütün səyləri davamlı sülh və təhlükəsizliyə yönəltməyin vaxtıdır”, - deyə o vurğulayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01