Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Özəl Murat Akan

Azərbaycan lokal antiterror tədbirləri həyata keçirməkdə tam haqlıdır - Murat Akan (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan lokal antiterror tədbirləri həyata keçirməkdə tam haqlıdır və bu, beynəlxalq hüquq baxımından əsaslıdır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli yazıçı-jurnalist Murat Akan deyib.

"Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini qəbul etmir. Belə ki, Ermənistan 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Bu məğlubiyyəti qəbul etməyərək Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyannamənin də şərtlərini heçə sayaraq terror aktları törədir. Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsinə baxmayaraq, “humanitar yardım” adı ilə buraya silah-sursat daşıyırdı. Üstəlik, bütün bunları Qərbin dəstəyini alaraq edirdi", - deyə o əlavə edib.

Onun sözlərinə görə, iki ölkə arasındakı bu gərginlik təkcə Azərbaycan və Ermənistan deyil, ümumilikdə, bölgəyə də təsir edir.
“Çünki İranın Ermənistana olan dəstəyi bölgə üçün çox təhlükədir. Lakin Türkiyə hər zaman azərbaycanlı qardaşlarının yanında olub və olmağa da davam edəcək. Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi də bunun sübutudur. Belə ki, iki ölkədən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhlükə yaranarsa, tərəflər birgə hərəkət edəcək", - deyə M.Akan vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan torpaqlarına göz dikən dövlət Türkiyəni də qarşısına almış olur, yəni istər İran, istərsə də Ermənistan bu faktı nəzərə almalıdır.

Onun sözlərinə görə, Ermənistan Qərbin, xüsusilə Fransanın dəstəyi ilə bu tədbirlərin qarşısının alınacağını düşünür, lakin hadisələr savaş meydanına gəldikdə hər bir ölkə tək mübarizə aparır.
“2020-ci ildə Azərbaycan və Türkiyənin birliyini bütün dünya gördü. Hər kəs anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə heç kəs müdaxilə edə bilməz”, -deyə M.Akan vurğulayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər