Quba. TurkicWorld:
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 10-dan çox layihənin icrasını planlaşdırır.
Bu barədə TurkicWorld-ə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş direktoru Nazim Hacıyev bu gün Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumun kuluarlarında deyib.
"Həm Özbəkistanda Azərbaycanda, həm də Özbəkistan şirkətlərinin Azərbaycanda layihələri var və biz onların bəzilərini bu il həyata keçirməyə başlayacağıq", - deyə N.Hacıyev bildirib.
Onun sözlərinə görə, bu layihələr idxalın əvəzlənməsi nöqteyi-nəzərindən, strateji sahələrdə vacibdir və sosial əhəmiyyət kəsb edir.
"Biz qida məhsulları istehsalı, tekstil, maliyyə lizinqi sahəsində layihələr üzərində çalışırıq, həmçinin özəl məktəb layihəsi də var", - deyə baş direktor əlavə edib.