Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Bu barədə TurkicWorld-a Müdafiə Nazirliyindən məlumat verilib.

"General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.
Cənab Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib", - deyə məlumatda qeyd olunub.

Mövzuya görə xəbərlər